Yanğın şəhərə keçdi, 35 ev yanıb külə döndü - VİDEO

Yanğın şəhərə keçdi, 35 ev yanıb külə döndü - VİDEO

Hazırda oxunan: Yanğın şəhərə keçdi, 35 ev yanıb külə döndü - VİDEO

20810

Qazaxıstanın şərqində güclü meşə yanğınları davam edir. 

Bizim.Media news24.kz-a istinadən xəbər verir ki, küləkli hava şəraiti yanğının daha geniş ərazidə yayılmasına səbəb olub.  

Ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlama yayaraq bildirib ki, axşam saatlarında ölkənin şərqindəki 300 hektarlıq meşədə baş verən Ridder şəhərinə də keçid alıb. Nəticədə 35 ev tam yanaraq külə dönüb, bir nəfər ölüb, dörd vətəndaş ağır xəsarət alıb.

Ərazidə dərhal fövqaladı vəziyyət elan olunub və şəhər sakinləri təhlükəsiz bölgəyə təxliyyə edilib.

208 nəfərlik xilasetmə briqadası, “Mi-8” və “Mi-2” helikopterləri yanğını söndürməyə davam edir.

Yanğının səbəbi kimi meşə ərazisində keçirilən piknikdə ehtiyatsızlıq qeyd olunur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO