Rusiya XİN: “Qərb Ukraynadan sonra Cənubi Qafqazda sabitliyi pozmağa çalışır”

Hazırda oxunan: Rusiya XİN: “Qərb Ukraynadan sonra Cənubi Qafqazda sabitliyi pozmağa çalışır”

188647

“Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq naminə postsovet məkanında müttəfiqlik münasibətlərini pozmağa, kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlığın mövcud mexanizmlərini məhv etməyə çalışır”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviq edilməsi haqqında” kollegiya iclasının yekunlarına dair bəyanatında bildirilib.

“Moskva Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi prioritetindən çıxış edir. Ermənistan, Azərbaycan və Rusiya Federasiyası arasında üçtərəfli sazişlər kompleksinin tam yerinə yetirilməsi, o cümlədən İrəvan və Bakı arasında sülh müqaviləsinin təsdiqi, regionda nəqliyyat kommunikasiyalarının blokunun açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası zəruridir”, - deyə bəyanatda qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO