Şolts Konqresin Ukraynaya yardım göstərmək qərarını dəstəklədi - FOTO

Hazırda oxunan: Şolts Konqresin Ukraynaya yardım göstərmək qərarını dəstəklədi - FOTO

188246

Almaniya kansleri Olaf Şolts Konqres Nümayəndələr Palatasının Kiyevə çoxmilyardlı yardım göstərmək qərarını “güclü siqnal” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, X-də (keçmiş Twitter) yazıb.

"ABŞ Nümayəndələr Palatasının Ukraynanı dəstəkləmək qərarı indiki zamanda güclü siqnaldır", - Almaniya hökumətinin başçısı deyir. "Biz birlikdə ukraynalıların tərəfindəyik", Şolts yazıb.

Qeyd edək ki, dünən Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollar məbləğində hərbi yardım göstərilməsi haqqında qanun layihəsini qəbul edib, bu vəsaitlər əsasən Amerika hərbi sənaye kompleksindən yeni silah sifarişləri üçün istifadə olunacaq. Bu pul həm də Kiyev üçün sursat və hava hücumundan müdafiə sistemlərinin alınmasına sərf olunacaq.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO