Dubay aeroportunda təyyarələrin qəbulu 48 saatlıq məhdudlaşdırılıb

Hazırda oxunan: Dubay aeroportunda təyyarələrin qəbulu 48 saatlıq məhdudlaşdırılıb

188025

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə aeroportun Mətbuat Xidməti məlumat yayıb.

Məəlumata görə, buna səbəb nasazlığın davam etməsi ilə bağlıdır: “Biz son vaxtlar görünməmiş hava şəraitinin səbəb olduğu gecikmələrdən əziyyət çəkən qonaqlara dəstək olmaq üçün əlimizdən gələni etməyə sadiqik. Bununla belə, davam edən fasilələrlə əlaqədar və bərpa prosesini sürətləndirmək üçün aprelin 19-u günorta saatlarından etibarən daxil olan uçuşların sayını 48 saat müddətinə müvəqqəti məhdudlaşdırırıq”.

Qeyd edək ki, aprelin 16-na keçən gecə regionda güclü yağış səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən uçuşlar dayandırılıb. Nəticədə onlarla aviareys ləğv olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO