İranın dostu Fransa da İsrailə kömək edib?

Hazırda oxunan: İranın dostu Fransa da İsrailə kömək edib?

187096

Fransa da İranın bir gecədə İsrailə hücumundan müdafiədə iştirak edən ölkələr arasında olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Mətbuat xidmətinin rəhbəri, kontr-admiral Daniel Haqari deyib ki, Fransada çox yaxşı texnologiya, təyyarələr, radarlar var:

“Bilirəm ki, onlar hava məkanının qorunmasında töhfə veriblər”.

Ancaq o, İranın atdığı raketlərdən hər hansı birinin Fransa tərəfindən vurulduğunu deməyib. 

Yeri gəlmişkən, bu yaxınlarda rusiyalı politoloq Maksim Şevçenko İranla Türkiyə arasında qarşıdurma olacağı təqdirdə Fransanın İranın tərəfini tutacağını bildirmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO