Ukrayna istehsal etdiyi dronlarla Rusiyaya zərbələr endirdi

Ukrayna istehsal etdiyi dronlarla Rusiyaya zərbələr endirdi

Hazırda oxunan: Ukrayna istehsal etdiyi dronlarla Rusiyaya zərbələr endirdi

179801

Ukrayna istehsal etdiyi dronlarla Rusiyanın strateji obyektlərinə zərbələr  endirib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Kiyevdə keçirilən “Ukrayna – 2024-cü il” beynəlxalq forumunda Ukraynanın strateji sənaye naziri Oleksandr Kamışin deyib.

Onun sözlərinə görə, bu il ukraynalılar milli yerüstü robot sistemləri haqqında daha çox eşidəcəklər:

“Keçən il böyük miqyasda havada, dənizdə dronlar gördük. Bu il onları yerdə gördüyümüz il olacaq”.

Qeyd edək ki, daha öncə Ukraynanın müdafiə naziri Rustem Umerov eyni tədbirdə ölkəsinin cari il üçün nəticə verəcək güclü planı olduğunu açıqlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO