Sevgilin yoxdursa elektroyorğan al

Sevgilin yoxdursa elektroyorğan al

Hazırda oxunan: Sevgilin yoxdursa elektroyorğan al

178251
EMNID (Erforschung der öffentlichen Meinung - Marktforschung - Nachrichten - Informationen - Dienstleistungen) institutu alman energetik kampaniyası olan E.On-un sifarişi ilə Avropa ölkələri vətəndaşları arasında maraqlı bir araşdırma keçirib.

Araşdırma insanların öz donmuş ayaqlarını necə qızdırmaları ilə bağlıdır. İlk yerdə elektroyorğanlar gəlib. İkinci yerdə isə partnyorlardır.xa0
Araşdırmaya 8 mindən artıq adam qatılıb. Almaniya, Böyük Britaniya, İtaliya, Çexiya, Rumıniya, İsveçrə, Türkiyə və Macarıstan ölkələri əhalisi arasında keçirilən araşdırma nəticəsində rəyi soruşulanların 28 faizi elektroyorğanı tərcih ediblər.

Cəmi 25 faiz isə sevgilisini qucaqlayaraq isinmənin tərəfdarıdır. Yunanıstanda portnyor və qrelkanı respondentlərin 24 faizi tərcih edib. Macarıstanda 44 faiz, Rumıniyada isə 39 faiz elektrik cihazının köməyi ilə isinir. Britaniyalılar isə donmuş bədənlərini sevgililərinin köməyi ilə isidirlər.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO