Təmayül siniflərinə qəbul üçün buraxılış balı ilə əlaqəli bəzi suallar yaranır.
Bakıda bəzi məktəblərin direktorları bildirirlər ki, buraxılış imtahanında 122 və daha yüksək bal toplayan şagirdlər təmayül məktəbinə gedə bilərlər. Regionlarda isə bu göstəricinin 200, 250, hətta 150 bal olduğu deyilir. Bu fərq nədən yaranır? Təmayül siniflərinə qəbul üçün vahid bal müəyyən edilməyib?
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil Agentliyindən Bizim.Media-ya açıqlamada bildirilib ki, təmayül tədris modelinə qəbul üçün bütün ölkə üzrə vahid minimal bal prinsipindən istifadə olunmur.
"Qəbul müraciət etmiş şagirdlərin buraxılış imtahanı nəticələri, həmin nəticələrə uyğun formalaşdırılan siniflər və mövcud şagird kontingenti nəzərə alınmaqla həyata keçirilir. Bu səbəbdən müxtəlif məktəb və regionlarda qəbul göstəricilərinin fərqlənməsi mümkündür".
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:54 / 26.09.2026
Təmayül məktəblərə qəbul balı neçə olmalıdır? – MÜTDA AÇIQLADI /ÖZƏL
Hazırda oxunan: Təmayül məktəblərə qəbul balı neçə olmalıdır? – MÜTDA AÇIQLADI /ÖZƏL
Hazırda oxunan: Təmayül məktəblərə qəbul balı neçə olmalıdır? – MÜTDA AÇIQLADI /ÖZƏL
638886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































