Türk əsgəri Diyarbəkirin Lice mahalında PKK-ya qarşı təşkil olunmuş əməliyyatda terrorçulara məxsus xeyli silah-sursatı ələ keçirib.
Axar.az xəbər verir ki, 12 sığınacaqda axtarışlar zamanı 2 M-16 tüfəngi, 26 Kalaşnikov avtomatı, snayper, 7 tapança, 17 əl bombası, 605 raket mərmisi və başqa sursat tapılıb.
PKK-çıların sığınacağında həmçinin 792 kiloqram narkotik maddə də aşkarlanıb.













































































































