Viktor Orban: “Macarıstanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil”

Viktor Orban: “Macarıstanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil”

Hazırda oxunan: Viktor Orban: “Macarıstanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil”

169629

“Bu gün biz Türkiyə ilə münasibətlərimizi hərtərəfli strateji əməkdaşlıq səviyyəsinə qaldırmışıq. Bundan daha yüksək bir şey varmı, bilmirəm. Diplomatik dildə, dostluq və qardaşlıq baxımından bu, ən güclü razılaşmadır”.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Orban Türkiyənin gələcək yüzillik layihələrinin əhəmiyyətindən də danışıb:

“Siz növbəti əsr üçün möhtəşəm bir layihə irəli sürdünüz. Növbəti əsr sizin olacaq. Biz buna inanırıq və buna uyğun müqavilələr bağlamışıq”.

Macarıstanın baş naziri vurğulayıb ki, ölkəsinin təhlükəsizliyi Türkiyəsiz təmin oluna bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO