İslam Kərimovun böyük qızı ilə bağlı şok xəbər  - DƏLİXANAYA DÜŞDÜ

İslam Kərimovun böyük qızı ilə bağlı şok xəbər - DƏLİXANAYA DÜŞDÜ

Hazırda oxunan: İslam Kərimovun böyük qızı ilə bağlı şok xəbər - DƏLİXANAYA DÜŞDÜ

152302
Bu ayın əvvllərində vəfat edən Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ilə bağlı sensasiyalı məlumat yayılıb.

Gülnarə Kərimovanın psixatriya xəstəxanasına yerləşdirildiyi iddia olunur.

Məlumatı mərhum prezidenti dəstəkləyən "Kərimovun səhhəti" qrupu gündəmə gətirib. AsiaTerra agentliyi isə bildirib ki, xəbərin detalları bəlli deyil və babasının ad-familini daşıyan İslam Kərimov anası Gülnarə Kərimova ilə əlaqə saxlaya bilmir. xa0

"Kərimovun səhhəti" qrupu İslam Kərimovun rəsmən elan olunduğu tarixdən daha əvvəl öldüyü və onun Səmərqənddə dəfn ediləcəyi xəbərini də yayıb. Qrupun Kərimovlar ailəsi ilə əlaqəsi olduğu danılmazdır. xa0

Gülnarə Kərimova kiçik bacısı Lola Kərimova-Tillayevadan fərqli atasının yasına qatılmayıb.

Gülnarə Kərimova 2013-cü ildə böyük korrupsiya qalmaqalına görə ölkədən çıxarılıb. Onun Amerikada yaşadığı ehimal olunur.(Teleqraf.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO