Antalyaya gələn turist sayında rekord QEYDƏ ALINDI

Antalyaya gələn turist sayında rekord QEYDƏ ALINDI

Hazırda oxunan: Antalyaya gələn turist sayında rekord QEYDƏ ALINDI

148695

Dünyanın ən çox turist qəbul edən bölgələrindən olan Türkiyənin Antalya şəhərinə 2023-cü ilin əvvəlindən iyulun 29-na kimi 8 milyondan çox xarici ölkə vətəndaşı gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Antalya valisi Ersin Yazıcı bildirib.

Onun sözlərinə görə, şəhərə 8 milyon 11 min 828 turist gəlib ki, bu da yeni rekord göstəricidir.

Bundan əvvəlki rekord göstərici 2019-cu ildə qeydə alınıb. O zaman Antalyaya 8 milyon 4 min 11 turist gəlmişdi.

Həmçinin şənbə günü təyyarə ilə Antalyaya gələn turistlərin sayına görə yeni rekord qeydə alınıb: 100 min 40 turist.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO