“Ukraynanın davranışları Avropada nüvə fəlakətinə səbəb ola bilər” – Zaxarova 

“Ukraynanın davranışları Avropada nüvə fəlakətinə səbəb ola bilər” – Zaxarova 

Hazırda oxunan: “Ukraynanın davranışları Avropada nüvə fəlakətinə səbəb ola bilər” – Zaxarova 
146399
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ukrayna Silahlı Qüvvələrinin (UAF) Rusiya atom elektrik stansiyalarına hücumları “Avropada genişmiqyaslı nüvə fəlakətinə səbəb ola bilər”.  

Bizim.Media xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhində yer alıb.  

Zaxarovanın sözlərinə görə, iyulun 14-də Ukraynaya məxsus pilotsuz uçuş aparatı Kursk AES-in yerləşdiyi Kursk vilayətinin Kurçatov şəhərində qəzaya uğrayıb. Heç bir kritik obyektə ziyan dəyməyib və heç kim xəsarət almayıb.  

“Eyni zamanda, AES Ukrayna Silahlı Qüvvələrinin ehtimal olunan hədəfi olub ki, bu da Kiyevin “nüvə terrorizmi üsullarından” istifadə etdiyini göstərir”, - deyə Zaxarova əlavə edib. 

Rusiya XİN sözçüsü beynəlxalq ictimaiyyəti, MAQATE və BMT-ni Kiyevin məsuliyyətsiz davranışını pisləməyə çağırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO