Moldovada azərbaycanlı haker SAXLANILDI 

Hazırda oxunan: Moldovada azərbaycanlı haker SAXLANILDI 

145175

Moldova sərhədçiləri Ukrayna ilə sərhəddə kiberhücumlar törətməkdə şübhəli bilinən və İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar. 

Bizim.Media xəbər verir ki, Moldova Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş, kiberhücumlar üzrə ixtisaslaşmış mütəşəkkil cinayətkar dəstənin üzvü Otaç şəhərinin dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılıb. 

Məlum olub ki, sərhəddə saxlanılan şəxs Ukrayna pasportunu göstərib, lakin əlavə yoxlamadan sonra sərhədçilər onun əslində Azərbaycan vətəndaşı olduğunu və İnterpolun məlumat bazasında beynəlxalq axtarışda olduğunu müəyyən ediblər. 
Şübhəli şəxs Edinet şəhərindəki istintaq təcridxanasına yerləşdirilib, bundan sonra istintaq üçün Kişinyova aparılacaq və Azərbaycana göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO