“Priqojinin Belarusa getməsi ilə bağlı məlumatımız yoxdur” – Kreml   

Hazırda oxunan: “Priqojinin Belarusa getməsi ilə bağlı məlumatımız yoxdur” – Kreml   

143548

Kremlin sözçüsü Dmitri Peskov “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusa getməsi barədə məlumatı olmadığını bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə “gazeta.ru” məlumat yayıb. 

“Məndə heç bir məlumat yoxdur, heç nə deyə bilmərəm”, – Peskov qeyd edib. 

Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Peskov Priqojin ilə bağlı cinayət işinə xitam veriləcəyini və “Vaqner” rəhbərinin Belarusa gedəcəyini bildirmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO