Priqojinə Kremlə hücum etmək ideyasını Semyon Peqov verib? - VİDEO

Hazırda oxunan: Priqojinə Kremlə hücum etmək ideyasını Semyon Peqov verib? - VİDEO

143260

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinə öz qoşunu ilə Kremlə hücum etmək ideyasını ermənipərəst jurnalist Semyon Peqov verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı onlar arasında dialoq baş tutub.

Peqov Priqojinə belə sual verib: “Hərbi-sursatı sizə ona görə vermirlər ki, Moskvaya gedib Kremlə hücum edərsiniz, belə şübhələr özünü doğruldurmu?”.

Priqojinin “Konkret olaraq Moskvanı deyirsiniz” cavabı isə jurnalisti həyacanlamağa vadar edib:

“Belə fikri onlar irəli sürürlər. Bildirirlər ki, Priqojin muxtariyyət əldə edib, artıq siyasi ambisiyası var. İndi ordusu ilə Rusiyada hakimiyyəti ələ keçirəcək”.

“Moskva ilə bağlı doğrudan fikrimiz yox idi” sözlərinə Peqov “Moskvanı mən təklif etmədim” cavabını verib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO