Bu ölkə vətəndaşlarına Rusiyaya getməmək barədə XƏBƏRDARLIQ ETDİ 

Hazırda oxunan: Bu ölkə vətəndaşlarına Rusiyaya getməmək barədə XƏBƏRDARLIQ ETDİ 

143182

İsrail dövləti öz vətəndaşlarına Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb. 

Məlumata görə, nazirlik öz vətəndaşlarına KİV-lər, İsrailin Rusiyadakı nümayəndəliklərinin sosial şəbəkələrdəki səhifələri və İsrail Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə hadisələri yaxından izləməyi tövsiyə edib. 
Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeniy Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib.  

Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.   

Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.    

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO