BOK-un prezidentindən Bakıda keçirilən dünya çempionatı ilə bağlı AÇIQLAMA - FOTO

BOK-un prezidentindən Bakıda keçirilən dünya çempionatı ilə bağlı AÇIQLAMA - FOTO

Hazırda oxunan: BOK-un prezidentindən Bakıda keçirilən dünya çempionatı ilə bağlı AÇIQLAMA - FOTO
139617
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçirilən taekvondo dünya üzrə çempionatı yüksək səviyyədə təşkil olunub.

Bizim.Media xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax deyib.

Qeyd edək ki, taekvondo üzrə dünya çempionatında altıncı günə yekun vurulub.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov da izləyiblər. Onlar görüşlər başa çatdıqdan sonra idmançıların mükafatlandırma mərasimində iştirak ediblər.

Yarışdan öncə BOK prezidenti dünya çempionatında iştirak edən qaçqın komandası ilə görüşüb.

Qonaqlar həmçinin Bakı Kristal Zalında Dünya Taekvondosunun stendi ilə tanış olub, digər stendlər və məhsulları nəzərdən keçiriblər. Ardınca “Demo Team”in şousunu izləyiblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO