Pilotsuz təyyarələr Putinin iqamətgahını hədəfə alıb? - DETALLAR

Pilotsuz təyyarələr Putinin iqamətgahını hədəfə alıb? - DETALLAR

Hazırda oxunan: Pilotsuz təyyarələr Putinin iqamətgahını hədəfə alıb? - DETALLAR

138863

Rusiya prezidenti Vladimir Putin mayın 30-da Moskvaya edilən pilotsuz təyyarə hücumuna önəm verməməyə çalışır.  

Bizim.Media xəbər verir ki, bu qənaətə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri gəliblər.

Rusiya bəyan edir ki, Ukrayna mayın 30-da Moskvaya 8 PUA ilə zərbələr endirib. 

Yeri gəlmişkən, rus qoşunları isə İranın "Şahed" dronları ilə yenidən Kiyevə hücum edib.

Rusiya Federasiyası Müdafiə Nazirliyi qeyd edir ki, Moskvaya zərbə endirən 8 PUA-dan 5-i vurulub, daha 3-ü isə elektron döyüş sistemlərinin köməyi ilə sıradan çıxarılıb.

Bununla belə, rusiyalı təbliğatçı Vladimir Solovyov iddia edib ki, havaya 32 pilotsuz uçan aparatı buraxılıb, onlardan bəziləri Moskva vilayətinin Rublyovka rayonuna yönəlib.

Rusiyanın müstəqil nəşrinin məlumatına görə, pilotsuz təyyarə əsasən Putinin Novo-Oqaryovodakı iqamətgahı yaxınlığındakı əraziləri və Moskva vilayətinin digər elit ərazilərini hədəfə alıb.

Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya paytaxtında bir neçə binaya cüzi ziyan dəyib. Rusiya mənbələri isə Yeni Moskva ərazisində kiçik partlayışın görüntülərini nümayiş etdirib.

Rusiyanın “hərbi komissarı” Moskva üzərində uçan PUA-ların Ukraynanın hücum pilotsuz təyyarələrinə bənzədiyini iddia edib.

Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak ölkəsinin pilotsuz təyyarələrin hücumunda birbaşa iştirakını təkzib etsə də, gələcəkdə bu cür hücumların sayının arta biləcəyini proqnozlaşdırıb.

Keçmiş rus zabiti İqor Girkin və "Vaqner" özəl hərbi təşkilatın təsisçisi Yevgeni Priqojin də daxil olmaqla, bir çox bloqçu Rusiya Federasiyasında tammiqyaslı səfərbərliyin olmamasından dəfələrlə şikayət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO