Ukrayna kəşfiyyatçıları BELQORODDA – Bölgədə küçə döyüşləri GEDİR – VİDEO 

Hazırda oxunan: Ukrayna kəşfiyyatçıları BELQORODDA – Bölgədə küçə döyüşləri GEDİR – VİDEO 

138151

Ukrayna Kəşfiyyatının Baş İdarəsi təsdiqləyib ki, «Rusiya Könüllü Korpusu» nun döyüşçüləri ötən gün Rusiyanın Belqorod vilayətində olub və onların bir qismi ölkə ərazisində qalıb. Ukrayna ordusunun tərkibində döyüşən «Rus Könüllü Korpusu» nun döyüşçüləri Rusiyanın Belqorod vilayətinin ərazisində çəkildiyi iddia edilən videonu yayımlayıb. 

Bizim.Media “Ukraina Freedom”a istinadən xəbər verir ki, videonun çəkiliş tarixi dəqiqləşdirilməyib. 

Görüntüdən aydın olur ki, Ukrayna hərbçiləri Rusiyaya məxsus poçt idarəsinin qarşısında dayanıb. 

Ukrayna kəşfiyyatçısı Belqorod şəhərində olduqlarını və artıq bura necə daxil olduqlarının önəm daşımadığını deyir. 

Xatırladaq ki, artıq bir neçə gündür ki, Ukrayna ordusu Rusiya ilə sərhəddə yerləşən Belqorod şəhərinə daxil olub və bölgədə küçə döyüşləri gedir. Ukrayna ordusu hərbi texnikadan çox, canlı qüvvəyə üstünlük verir. Şəhərə daxil olan Ukrayna kəşfiyyatının və motoatıcı bölmələrinin hərbçiləri kiçik qruplara bölünərək irəliləyirlər. 

Müdafiə xəttinin tez qırılmasından aydın olur ki, Rusiya Ukrayna tərəfindən belə bir həmlə gözləməyib.  Sürətlə geri çəkilən Rusiya bölmələri rezerv qüvvələr gələnə qədər şəhəri saxlamağa çalışır. Ukrayna ordusu bəzi istiqamətlərdə PUA-dan da istifadə edir. 

Rusiya KİV-i bəzi nöqtələrə PUA-dan zərbə endirilməsi ilə bağlı məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, Rusiya ordusunun bölmələri və şəhərin polis qüvvələri Ukrayna ordusunu geri oturtmağa çalışır. Hər iki tərəfdən itkilərin olduğu bildirilir. 

Ukrayna cəbhəsində uğursuzluqla üzləşən Rusiya isə Belqorod şəhərinə əlavə canlı qüvvə göndərməkdə çətinlik çəkir.
 


Mirzə Altay, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO