Əsrarəngiz Gürcüstana ilk səfərim - FOTO

Əsrarəngiz Gürcüstana ilk səfərim - FOTO

Hazırda oxunan: Əsrarəngiz Gürcüstana ilk səfərim - FOTO

137750

Avropa ilə Asiyanın kəsişməsində yerləşən Gürcüstana səyahət heyrətamiz kəşflərlə dolu inanılmaz macəradır. Unikal təbiət və dağ mənzərələri böyük şəhərlərin orijinal qədim və müasir memarlığı ilə kəsişir. Dolama dağ yolları səyahətçiləri kiçik kəndlərə, büllur təmiz göllərə, təlatümlü çaylara və güclü şəlalələrə aparır. Şərq və Qərbin canlı birləşməsini şəhər bazarlarında, eləcə də yerli mətbəxin zəngin ətir və ləzzətlərində tam şəkildə yaşamaq olar.

Gürcüstanda həm qədim mağara şəhərləri, həm də sovet dövrünün abidələri var. Burada orta əsr qalalarının xarabalıqları futuristik şüşə və polad binaların üzərində ucalır. Ölkədə keçmiş dövrlərin ecazkar cazibəsi onun qabaqcıl müasirliyi ilə harmonik şəkildə birləşərək vəhdət təşkil edir. Lakin yerli əhalinin qonaqpərvərliyi və səmimi mehribanlığı əsrlər boyu dəyişməz qalır.



Gürcüstan özünüzü həmişə evdə hiss edəcəyiniz ölkədir. Azərbaycan şimal-qərbdə Gürcüstanla 471 km həmsərhəddir. Gürcüstan Azərbaycanın çoxəsrlik dostu olan ölkədir. Və buna görə də iki ölkənin mədəniyyətlərinin bir-birinin tarixi, dini inancları, adət-ənənələri və dəyərləri ilə sıx bağlı olması heç də təəccüblü deyil. Bir sözlə Gürcüstanı sevməmək mümkün deyil. 

Gəlin, indidə  Gürcüstanın tayı-bərabəri olmayan turizminə nəzər salaq. 

Azərbaycanın aparıcı KİV-lərinin altı nümayəndəsi - "Bizim.Media", "Zerkalo", "Minval", "TrendLife", "Region Plus" və "1news" Gürcüstan Milli Turizm Administrasiyasının dəvəti ilə mayın 10-dan 16-dək Gürcüstanın döyünən ürəyi, paytaxt Tbilisidə və bir sıra regionlarına səfər etdilər. 

Gördüklərimizi və hiss etdiyimizi sözlə ifadə etmək çox çətindir. Çünki bu günlər ərzində özümüzü cənnətdəki kimi hiss etdik. Bu arada vurğulayım ki, bu, mənim Gürcüstana ilk səfərimdir. Hər dəfə bura gəlmək istəyəndə bir qəmbərqulu çıxırdı. Nəhayət ki, bu tayı-bərabəri olmayan ölkəni gəzmək mənə də nəsib oldu. 

Təyyarəmiz 55 dəqiqə ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanından Tiflis şəhərinin Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanına çatdı. Pasposrt kontrolunu keçdikdən sonra hava limanının çıxışında bizi müsbət aurası və inanılmaz enerjisi ilə qarşılayan əvəzolunmaz bələdçimiz Marika Boqveradze oldu. Onunla yaxından tanış olduqdan sonra həmkarlarımla birgə Gürcüstanın doqquz diyarından biri sayılan Kaxetiyaya yollandıq.



Onu da qeyd edim ki, inzibati mərkəzi Telavi şəhəri olan Kaxeti Azərbaycan və Rusiya ilə həmsərhəddir. 

İlk olaraq Kaxetiyanın tarixini zənginləşdirən Alazan vadisi ərazisində yerləşən məbədlərdən biri olan Alaverdi Katedralı və Monastrına baş çəkdik. 

Nəzərinizə çatdırım ki, bu monastr Gürcüstanın ən məşhur və ən böyük məbədlərindən biridir. Monastr kompleksi qədim memarlıq dövründən bu günə qədər qorunaraq, əhəmiyyətli zərərlərə baxmayaraq, məbədin görünüşü ilkin formasını saxlamışdır. Monastr VI əsrdə Alaverdili Yusif tərəfindən qurulmuşdur. 17-ci əsrə qədər Alaverdi kişi monastrı idi, lakin sonralar burada kral ailəsinin üzvlərinin bəzən yaşadığı qadın monastrının da əsası qoyuldu. Monastrın ərazisində çoxlu binalar var: beş yüzdən çox müxtəlif üzüm sortunun yetişdirildiyi üzüm muzeyi, şərab zavodları, hamamlar, zəng qülləsi və yepiskop sarayı - bütün bunlar böyük bir kompleksdir.

Məbədin içərisində siz Gürcüstanın müxtəlif qədim kilsə qalıqlarını görə bilərsiniz: freskalar, rəsmlər və müqəddəsləri təsvir edən bir çox nişanlar. Monastr trikonx adlanan olduqca qeyri-adi xaç formasına malikdir. Alaverdi monastrı gürcü yazısının mərkəzi hesab olunur. Alaverdi İncili məhz burada, 11-ci əsrdə yenidən yazılmışdır. Hazırda monastrda çoxlu qədim əlyazmalar saxlanılır. Bu məkan Gürcüstan ərazisindəki ən mühüm mənəvi tikililərdən biridir. Burada qədim gürcü memarlığının gözəlliyindən həqiqətən həzz ala bilərsiniz. Bu gün saray binasında məşhur gürcü, rus, holland, italyan rəssamlarının rəsm əsərlərini təqdim edən rəsm qalereyası yerləşir. Burada zəngin kolleksiyaya malik tarixi-etnoqrafik muzey də var. 



Qədim tarixi və unikal dadı ilə bütün dünyaya səs salan gürcü çaxırı.

“Gürcüstan” deyəndə şərab, “şərab” deyəndə isə Gürcüstanı nəzərdə tuturuq. Gürcülər üçün isə şərabın müqəddəs bir mənası var. Gürcüstanın 8000 illik fasiləsiz şərabçılıq ənənələri var. Gürcülər qədim zamanlardan üzüm məhəbbətini bölüşür və bu günə qədər ona sadiq qalırlar. Gürcüstan muzeylərində şərabçılıq təcrübələri ilə bağlı minlərlə il əvvələ aid çoxsaylı artefaktlar var. Artıq uzun müddətdir ki, insanlar Gürcüstan haqqında şərab sivilizasiyasının beşiyi kimi danışmağa başlayıblar. Eramızdan əvvəl 6-cı minilliyə aid olan üzümçülük və mədəni şərabın ən erkən izləri qədim neolit ​​yaşayış məskəni - Şulaveri Qorada aşkar edilmişdir. 

Mövzunu bu unikal və tarixi köklərə bağlayan içkidən əbəs yerə salmadım, çünki üz tutduğumuz növbəti məkan şərabın hazırlandığı Kvareli şəhəri oldu. Bu, öz növbəsində ölkənin şərqində, Kaxetidə yerləşən kiçik bir şəhərdir. Rəsmi statistikaya görə, şəhərin əhalisi cəmi səkkiz min nəfərdən çoxdur. Coğrafi cəhətdən şəhər Alazani vadisində yerləşir. Ən yaxın dəmir yolu stansiyası Mukuzanidir. Şimal istiqamətində artıq 19 kilometr əvvəl. Hazırda burada aşağıdakı müəssisələr - şərab zavodu, konyak spirti zavodu, efir yağları zavodu yerləşir və fəaliyyət göstərir. Əvvəllər kərpic zavodu da var idi, indi isə fəaliyyətini dayandırıb. Kaxeti bölgəsi şərab istehsalı ilə məşhurdur. Kvareli şəhərində çoxlu üzüm bağları və şərab zavodları var.



Xareba Gürcüstanın böyük bir şərab şirkətidir və bütün ölkədə geniş mağazalar şəbəkəsinə malikdir. Şirkətin məhsulları müxtəlif çeşidli şərablar, həmçinin üzüm yağıdır. Maraqlıdır ki, Xareba idxal olunan təchizatçılardan asılı deyil, istehsalını tamamilə təkbaşına idarə edir. Xüsusilə, onun Kaxeti, İmereti və Leçxumidə üzüm bağları var. Zavodun ərazisində təkcə istehsal müəssisələri deyil, həm də şərab anbarları, şərab mağazası, dequstasiya otaqları, restoran və öz mehmanxanası var. Hazırda turistlər arasında çox populyar bir yerdir. Tətil mövsümündə buraya çoxlu turist gəlir. 



Xareba şərab zavodunda bələdçi bizə tunelin tarixi haqqında danışdıqdan sonra bizə gürcü xinkali və kilsəxelasının hazırlanmasını göstərdilər. Hətta həmkarlarım qollarını çırmalayıb, bu dadlı təamları öz əlləri aşpaz xanımın köməyi ilə hazırlamağa cəhd göstərdilər. Deyim ki, bu işin də öhdəsindən onlar kifayyət qədər uğurla gəldilər. Bişirdikləri xaçapurilərini dadandan sonra dedim ki, əllərinizin duzu varmış. Hər bir gürcü ailəsində Yeni il süfrəsində olan sevimli ləzzət və desert şübhəsiz ki, çurçxelladır.



Məsələ burasındadır ki, onlar çurçxellanı üzüm yığımı və şərabçılığın geniş yayıldığı məhsul yığımı zamanı hazırlayırlar. Üzüm suyu, qoz-fındıq və qarğıdalı unu. Qoz-fındıq bir sapa bükülür və sonra qarğıdalı unu əlavə edilərək təbii üzüm şirəsinin qaynadıldığı bir qazana endirilir. Bu təamın tərkibi sağlam, qidalı və ən əsası məhsulu uzun müddət saxlamaq olar ki, bu da nəinki uşaqların sevimli ləzzətinə, həm də döyüşçülər üçün düşərgə yeməyinə çevrilib. Görməmiş kimi çurçxelladan o qədər yedim ki, şam yeməyinə getməyə belə lüzum qalmamışdı. Hətta özümlə qaldığımız otelə də gətirmişdim. Bir sözlə bu desertdən ayrılmaq çox çətindir. 


Növbəti günün səhərisi Aleksandr Çavçavadzenin ev muzeyini ziyarət etdik. Buranı yalnız bələdçi ilə ziyarət etməyi məsləhət görürəm. Aleksandr Çavçavadzenin Ev Muzeyi Gürcüstan tarixində çox mühüm yer tutur. Mülkiyyətin ilk sahibi Aleksandr Çavçavadzenin atası Qarsevan Çavçavadze Gürcüstanın Rusiyaya birləşdirilməsinin təşəbbüskarlarından biri olub. 1812, 1813 və 1814-cü illərdə Avropaya yürüşlərə qatılıb. O, Parisin alınmasında iştirak edib və general-leytenant rütbəsinə qədər yüksəlib. 



Avropanı görən və hərbi yürüşlərdən yorulan Aleksandr Çavçavadze paytaxtı tərk etmək qərarına gəlir. O, ailəsini Sankt-Peterburqdan götürərək gözə dəyməyən və sakit Tsinandali kəndinə köçür və burada Gürcüstanın avropalaşması layihəsini həyata keçirməyə başlayır. Tsinandalidəki mülk onun istəklərinin əksidir. O, tikintidə və daxili planlaşdırmada Avropa memarlıq texnikasının tətbiqi ilə məhdudlaşmayıb, sarayın ətrafında ingilis bağı salıb.

Çavçavadzenin ev muzeyinə baş çəkdikdən sonra burada böyük ərazini əhatə edən ingilis bağını gəzməyə qərar verdik. Böyük yaşı olan çoxsayda ağacların arasında insan bütün işlərini və problemlərini hardasa unudur, ən təmiz hava ilə nəfəs alır. 

Siqnaqi – sevgi şəhəri

Saat 14:10-u göstərirdi. Bu isə o demək idi ki, qrafiklə biz Gürcüstanın mirvarisi və sevgi şəhəri sayılan Siqnaqiyə yollanmalı idik. Yol boyu həmkarlarımla Gürcüstanın əsrarəngiz təbiətindən danışdıq. Marika xanım isə gürcülərin bu torpaqlara xüsusi qayğı ilə yanaşdıqlarını əyani şəkildə bizə nümayiş edirdi. Bir neçə saatdan sonra Alazan vadisinin heyrətamiz mənzərələri ilə əhatə olunmuş əzəmətli dağlar arasında Siqnaqi şəhərinə çatdıq. İndi deyəcəklərimi şişildilmiş sözlər kimi əsla qəbul etməyin - daş döşənmiş təmiz küçələr, gözəl kirəmitli damlar, möhtəşəm şəhər dizaynı kəndi kiçik bir Avropa şəhərciyinə çevirib. Bura gələndə elə təəssürat yaranır ki, siz İtaliya və ya İsveçrə şəhərindəsiniz. Burada həyat yavaşlayır və insanlar ən xırda şeylərdən belə həzz alırlar. Siqnaqi Kaxetinin əsl turist ulduzudur! 



Gürcüstanın bu incisinin “taleyi” onun “həyatı” qədər qeyri-adidir. Möhtəşəm silsilələr arasında itən şəhər dağın lap başında görünür. Bütün Alazan vadisi üzərindən asılır və özünü fəth etmək şansı qoymur. Yaşayış məntəqəsinin 17-ci əsrdə kral Heraklius tərəfindən salınmasına dair sübutlar var. Onu erməni fəhlələr tikiblər. Düzdür, qazıntılar qədim yaşayış məskəninin yaranmasına hələ V əsrə aiddir. Qəribədir ki, Siqnaq Gürcüstanın digər şəhərləri kimi heç vaxt basqınlara məruz qalmayıb, qanlı müharibələr yaşamayıb.

Bu şəhər həm qədimliyin ruhunu qoruyub saxlaması, həm də rahat həyata mükəmməl uyğunlaşan müasir şəhər nümunəsinə çevrilməsi ilə heyrətamizdir. Onun tarixində yeni mərhələ hələ 2005-ci ildə başlayıb. Bu, Gürcüstanın keçmiş prezidenti M.Saakaşvilinin xidmətidir. O, şəhəri möhtəşəm turizm mərkəzinə çevirərək genişmiqyaslı yenidənqurma işlərinə başlamışdı. Siqnaqinin görünüşü üzərində bir çox mühəndis və dizayner çalışıb. Nəticə bütün gözləntiləri üstələdi - rahatlıq və gözəllik baxımından Avropa qəsəbələrindən heç də geri qalmayan bir şəhər doğuldu. Abidələr şəklində orijinal instalyasiyalar, daşla döşənmiş dar küçələr, parlaq qırmızı dam kirəmitləri, 2 və 3 mərtəbəli evlərin orijinal fasadları və daha nələr nələr...



Rahat kafe və restoranlar, yüksək keyfiyyətli Kaxetiya şərabını içərkən hər şeyi unuda biləcəyiniz məkandır desəm, heç də yanılmaram. Şəhərin əsas “cəvahiratı” Alazan vadisinin həqiqətən inanılmaz və əsrarəngiz mənzərəsidir. Bu kiçik şəhərdə yüksək səviyyədə qorunan qədim irs var - uzunluğu təxminən 5 km olan qala divarı. Kütləvi istehkam ərazini təkrarlayır, perimetri boyunca şəhər ətrafında rəvan əyilir və dağlarda ucalır. Özəlliyi ondadır ki, hörgü mükəmməl qorunub saxlanılıb, müşahidə qalaları isə əla şəkildə görünür. Divarın strukturu - 28 qülləli atış çuxurları və perimetr ətrafında 5 girişdən ibarətdir. İçəridə pilləkənlərin olması sayəsində qüllənin ən zirvəsinə qalxa və Alazan vadisinə açılan möhtəşəm mənzərəni heyranlıqla seyr edə bilərsiniz. Bu mənzərəni sözlə çatdırmaq və ifadə etmək çox çətindir.



Yamyaşıl yaşıllıq, onlarla kiçik kənd, rəngarəng damların altındakı evlər və muncuq kimi səpələnmiş maraqlı relyef... Burada meşələr öz yerini çöllərə verir, düzənliyə çevrilir və dağlara qədər uzanır. Buludsuz hava olarsa, qarla örtülmüş Qafqaz silsiləsini görəcəksiniz. 

Siqnaqi divarı boyunca gəzinti həyəcanlı və xoş olacaq. İstehkama çatmaq üçün 9 Aprel Meydanından küçə ilə getmək lazımdır. Buradan divara qalxma başlayır. Divar olduqca mənzərəlidir, lakin miqyasına görə onu bütövlükdə görmək çətindir. Çavçavadze küçəsində onun bürcləri və tağları olan böyük bir hissəsi dərhal gözdən qaçır. Buranı ziyarət etmək isə tamamilə pulsuzdur.



Möhtəşəm bir yer bir çox sürprizləri özündə cəmləşdirir. Bu, dünyanın məşhur Las Veqasdan sonra günün istənilən vaxtında evlənəcəyiniz ikinci şəhərdir. Şəhər qeydiyyat şöbəsi sevgililəri gecə-gündüz təntənəli nikaha dəvət edir. Bina əla interyerə malikdir. Burada romantik atmosfer höküm sürür. 

Daha bir yorğun, lakin olduqca maraqlı günü başa vurub, qarnımızı gürcü mətbəxinin ləzzətli təamları ilə doyurub, üzümüzə növbəti səhərin açılmasına hazırlaşdıq. Səhərçağı saat 06:30-da oyanıb, idmanımızı edib, səhər yeməyimizi yeyib, yollandıq Gürcüstanın ən qədim mağara ziyarətgahlarından birinə, Stalinin vətəni Uplistsixe şəhərinə. Uplistsixe çayın sol sahilində Qori şəhərindən 12 km şərqdə yerləşən qayaya həkk olunub. Bu ecazkar mağara şəhərində çoxlu məbədlər var idi ki, bunlardan da başlıcası günəş tanrısının məbədi idi. Gürcüstanın xristianlığı qəbul etməsinə qədər bir çox zəvvar buraya axın edirdi. Uplistsixedəki enerji çox güclüdür, buna görə də onu etibarlı şəkildə güc yeri adlandırmaq olar. Ətrafın ən gözəl və panoramik mənzərələri Uplistsixedən açılır və təpələrin birində, 3 kilometr aralıda, başqa bir qədim yaşayış məskəni var. Uplistsixeni ziyarət edərək, ətrafı gəzmək çox maraqlıdır. Burada bəlkə başqaları tərəfindən tapılmamış bir şey tapa bilərsiniz.



Vardzia 

Uplistsixenin ağuşundan ayrılar-ayrılmaz yolumuzu şəxsən mənim üçün fantastik görünən həm mağara, həm də monastr şəhəri hesab edilən Vardziadan saldıq. Borjomi şəhərindən 70 km cənubda, Kür çayı vadisində Vardzia kəndi yaxınlığında yerləşir. Vardzia şəffaf tuf qayasında tikilmiş mağara şəhəridir. Yaşayış yerləri, kitabxanalar, zirzəmilər, hamamlar, yeməkxanalar, kilsələr var idi. 8 mərtəbədə cəmi 600 otaq mövcüddur. Tikintiyə əfsanəvi kraliça Tamaranın atası çar III Georq başlayıb. 1283-cü ildə güclü zəlzələ nəticəsində şəhərin çox hissəsi dağılıb.



İndi gördüyümüz isə zəlzələnin nəticəsində şəhərin bir hissəsi uçulmuş qaya üzüdür. Şəhərin bütün ön tərəfi dağılıb. Buna görə də, bütün binaları tikməyin məntiqinin nə olduğunu başa düşmək çox çətindir. 19-cu əsrdə rus ordusu bu torpaqları türklərdən alıb və monastr yenidən fəaliyyətə başlayıb. Sovet dövründə bu ərazi sərhəd zonası kimi bağlanıb və giriş yalnız keçidlə mümkün olub. Vardzia kompleksi monumental görünür. İnsanların lazımi alətlər olmadan belə möhtəşəm bir quruluş qurmağı necə bacardıqlarını təxmin etmək qeyri mümkündür. Lakin hər şey göz önündədir. Bəli, burada tarixin ruhu hiss olunur və sən öz təxəyyülünü işə salır, minlərlə il əvvəl burada insanların necə yaşadığını təsəvvür edirsən. Bir sözlə, bura təsvirolunmaz qədər gözəl və heyrətvericidir. Bu əsrarəngiz yerlərdən ayrılmaq o qədər çətindir ki...



Lakin bizi daha bir tarixi məkan gözləyirdi. Bu da Tiflisdən Qara dəniz sahilinə gedən yolların birində min illik tarixi olan kiçik gözəl Axalsix şəhəri idi. Gürcüstanın cənub-qərb hissəsində, Türkiyə ilə sərhəddən çox da uzaqda yerləşir. Axaltsix uzun müddətdir ki, strateji əhəmiyyət kəsb edən şəhərdir. Hətta şəhərin adı onun hərbi keçmişindən xəbər verir: Axaltsixe gürcü dilində “Yeni qala” deməkdir və bu yaxınlarda bərpa edilmiş Rabat qalası isə buna sübutdur.



Axaltsixe bu bölgənin ən böyük şəhəridir. O, şərti olaraq iki hissəyə bölünür: təpədə yerləşən qədim şəhər və düzənlikdə yerləşən yeni ərazi. 

Şəhərin əsas cazibəsi Axaltsixe qalası və ya başqa adla “Rabat qalası”dır. Bu, orta əsrlərə aid nəhəng qaladır, uzunluğu 380 metr, eni isə 150 ​​metrdir. Qala qonşu ərazi ilə birlikdə 7 hektar ərazini əhatə edir. Daş divarla ayrılmış yuxarı və aşağı hissədən ibarətdir. Qalanın yuxarı hissəsi şəhərin tarixi irsini təmsil edir. Qalanın aşağı mərtəbəsində turistlər üçün xidmət obyektləri var: Rabat mehmanxanası, bir neçə kafe və mineral su satışı məntəqələri, Xareba şərab mağazası, məlumat mərkəzi və şadlıq sarayı.



2011-2012-ci illərdə məscid bərpa olunub. Onun divarları mis halqalarla birləşdirilmiş yonulmuş daşdandır. Məscidin üstü gözəl zərli günbəzlə bəzədilib. Qızılla örtülmüş günbəz Əhmədiyyə məscidini Qüdsdəki Ömər məscidinə çox bənzədir. Məncə, Rabat qalasını vaxt tapıb Gürcüstana gələn hər kəs görməlidir. Bəli, bu remeykdir (mövcud sənət əsərlərinin öz xüsusiyyətlərinin dəyişdirilməsi və əlavə edilməsi ilə yeni versiyalarının buraxılması - red.) amma şəxsən mənim bu yerə səfərim müsbət emosiyalar fırtınasına səbəb oldu. 

Rabat qalası - Gürcüstanın mirvarisidir. Məndə elə bir təəssürat yaranmışdı ki, 1001 gecə nağılında, və yaxud İstanbulun Topqapı sarayındayam. Burada pulsuz muzey də fəaliyyət göstərir. Muzeydə inşaatçıların Axaltsixe qalasının bərpası zamanı aşkar etdikləri bir çox eksponatlar mövcuddur. Arzu edənlər qalanın damına çıxıb hər şeyi quşbaxışı ilə görə bilərlər. Şəhər sanki ovucun içindəki kimi görsənir.

Özünə maqnit kimi çəkən mənzərədən ayrılmalı idik. Çünki yolumuzu “Brilliant körpü” gözləyirdi. Bələdçimiz Marika xanım uçurumun üstündən gəzinti olacaq deyəndə məni üşütmə bürüdü. Tir-tir əsməyə başladım. Çünki yüksəklik qorxum var. Həmkarlarım üçün bu körpünün üstündən keçmək "suyu içmək qədər asan" olsa da mənim üçün bir qorxu filminə bənzəyirdi. "Minval" saytının əməkdaşı, həmkarım Ramella xanımın əlindən tutaraq bu körpünü keçməyə başladım.



Hələ əsən şiddətli küləyi bu mənzərəyə əlavə etsəniz, vəziyyətimin nə dərəcədə ağır olduğunu onda başa düşərsiniz. Etiraf edim ki, qorxumdan hətta gözlərimi bağlayıb, ətrafa göz gəzdirməməyə çalışırdım. Birtəhər bu körpünün düz ortasında olan brilliant şəklində inşa edilən üç mərtəbədən ibarət restorana çatdıq. Vahimə məni basmışdı. Hətta yerimdən belə tərpənməyə qorxurdum. Yoldaşlarım məni sakitləşdirməyə başladılar. Amma hündürlük qorxusu canımdan getmədiki, getmədi. Axı hələ burada geri qayıtmaq var idi. Bir sözlə, həyatımın dəhşətini yaşadım. 

Emosialarımı bir kənara qoyub sizə “Brilliant körpü”dən bəhs edim. 2022-ci ildə Kvemo Kartlidə unikal şüşə körpü və almaz formalı restoran açılıb. Möhtəşəm və iddialı layihə Gürcüstana nə az nə çox düz 40 milyon dollara başa gəlib və Daşbaşı kanyonu üzərində tikilib. Kanyona açılan heyrətamiz panoramik mənzərələr insanı heyrətə gətirir.

Brilliant şəklində olan şüşəli kafe kabellərlə asılı qalıb, burada kofe içərkən ayaqlarınızın altında dərin bir kanyon görürsünüz. Bu unikal tikili dünyanın ən hündür asma restoranı kimi Ginnesin Rekordlar Kitabına daxil olmaq üçün iddiaçı olub. Mənim kimi hündürlükdən qorxanlar üçün bu əsl cəhənnəm sınağıdır. Bu sınaqdan isə mən Ramella xanımım köməyi ilə alnıaçıq, üzüağ çıxa bildim. Nə badə küləkli havada körpüdən keçməyə qərar verərsiniz. 

Gürcüstanı bu yeddi gün ərzində gəzib-dolaşmaq və görmək sözsüz ki, qeyri-mümkündür.

Onun döyünən ürəyi, paytaxtı Tiflisə gəlməmək isə günah olardı. Məhz buna görə də ən son bir günümüz paytaxtda keçdi. Tiflis ölkənin ən böyük şəhəridir. Rəsmi statistikaya görə, burada qeydiyyatdan keçmiş 1,1 milyon insan yaşayır. Ancaq praktikada vəziyyət bir qədər fərqlidir. Şəhər Gürcüstanın ən böyük şəhəri olduğu üçün ölkənin hər yerindən yaxşı qazanc dalınca çoxlu sayda işçi güvvəsi məhz bura gəlir. Müvafiq olaraq, Tiflisin real əhalisi 1,5 - 2 dəfə çoxdur. Bu obyektiv hiss olsa da, səhv edə bilərəm.



Tiflis qədim şəhər olduğuna görə (əsası eramızın V əsrində qoyulub) bir çox müharibələrin iştirakçısı və “mübahisə sümüyü” olub. Şəhərin digər görməli yerləri arasında Sülh, Dünya Körpüsünə baş çəkməyi bacardıq. Bu, Kür çayı üzərindən keçən piyada körpüsüdür. Coğrafi cəhətdən II İrakli küçəsi ilə Rike parkını birləşdirir. Quruluşun ümumi uzunluğu 156 metrdir. Körpü nisbətən yaxınlarda - 2010-cu ildə tikilib. Tikintinin təşəbbüskarı Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili olub. Və onun yaradılması ideyası 2008-ci ilin avqustunda baş vermiş gürcü-osetin hərbi münaqişəsi əsasında yaranıb. Maraqlısı odur ki, körpünün həqiqətən də öz enerjisi var və onu öz ölkəsinin qayğısına qalan insanların yaratdığı hiss olunur.



Nəhayət, gürcü qonaqpərvərliyi və ümumilikdə təəssüratları haqqında bir neçə cümlə əlavə etmək istəyirəm. Haqqında ayrıca yazmaq istədiyim ilk şey gürcü mətbəxidir. Bu, çox qəribədir və açıq desək, hamının ağız dadı üçün deyil. Lakin Tiflisin və ya hər hansı bir şəhərin ən yaxşı restoranlarında əsl gürcü yeməklərini sınayanlar bu dadı həmişəlik xatırlayacaqlar. Gürcü mətbəxinə məşhur toyuq təbəqəsi, xarço və xaçapuri daxildir. Gürcü dəmirçixanasının əsas məqamı ədviyyatlı birləşmələrdir. Bundan əlavə, tərəvəz və otlar geniş istifadə olunur. Ancaq dünyanın bir çox ölkəsində olduğu kimi, mətbəxi bölgələrə görə dəyişir. İran, Pakistan, Türkiyə, Rusiya, Azərbaycan, BƏƏ və Hindistandan çoxlu sayda ziyarətçinin olması da diqqəti cəlb edirdi. Onlar üçün fərdi mədəniyyətini və mətbəxini nəzərə alan xüsusi mədəniyyət mərkəzləri və qurumlar yaradılıb. Buna görə də, əgər Tiflisdəsinizsə, yuxarıda sadalanan ölkələrdən bu qədər çox sayda turist görməyə heç də təəccüblənməyin. 



Bakının “Torqovı”sı kimi məşhur olan Tiflisin Rustaveli prospektinə də baş çəkdik. Bəli, həqiqətən şəhərin mərkəzi və dəbdəbəli küçəsidir. Onun yeganə, lakin əhəmiyyətli çatışmazlığı çoxlu sayda dilənçi və evsiz insanların olmasıdır. Bu, çox üzücü məqamdır. Şoppinq üçün “ürəyim getdi”yindən şəhərin bir neçə məkanlarında alış-veriş mərkəzlərinə də yollandıq. Amma təəssüflər olsun ki, geyimlərin qiyməti məni sözün əsl mənasında şoka saldı. Bakıda aldığım 20 manatlıq köynək burada 17 manat bahasına satılır. Söhbət təbii ki, “mass market” brendlərindən gedir. Qiymətləri gördüyümdə üzümdəki məyusluq ifadəsini kaş sizə ötürə bilsəydim. Amma ümumilikdə Gürcüstana səfərim gözəl keçdi. Qonaqpərvərliyə və səmimi qəbula görə bu kiçik, lakin qürurlu ölkəyə və xüsusi ilə bizim yanımızdan bir saniyə belə ayrılmayan, qayğımızı çəkən və hər zaman günəş kimi nur saçan bələdçimiz Marika Boqveradzeyə təşəkkür edirəm. Fürsət tapan kimi mütləq yenidən Gürcüstanı ziyarət edəcəm. 

Rəşad Əliyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO