BİZİM TƏQVİM: 18 may Beynəlxalq Muzeylər Günüdür

BİZİM TƏQVİM: 18 may Beynəlxalq Muzeylər Günüdür

Hazırda oxunan: BİZİM TƏQVİM: 18 may Beynəlxalq Muzeylər Günüdür

136499

Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. 18 may bütün muzeylərimizdə peşə bayramı qeyd edilir.

Bəs, mayın 18-də dünyada daha hansı hadisələr baş verib?

1. 1652–ci ilin bu günündə Britaniyanın müstəmləkəsi olan Rod Aylend ştatında Şimali Amerikada ilk dəfə köləliyi qadağan edən qanun qəbul edilib.

2. 18 may 1756-cı ildə Böyük Britaniyanın Fransaya müharibə elan etməsi ilə Osmanlı İmperiyasından başqa Avropanın bütün böyük dövlətlərinin iştirak etdiyi yeddiillik müharibə başlayıb. 

3. 18 may 1804-cü ildə Napoleon Bonapart Fransa imperatoru elan edilib.

4. 18 May 1910-cu ildə gözlə görünə bilən yeganə kometa olan "Halley" kometası Yer kürəsinin çox yaxınından keçib.

5. 18 May 1915-ci ildə Çanaqqala müharibəsində snayper olan bir Türk qızı şəhid olub. Çanaqqala müharibəsində bəzi Türk qadınları snayperlik edirdi.

6. 18 May 1944-cü ildə Krım Tatarları Sibirə və Qazaxıstana sürgün edilib. İosif Stalin Krım yarımadasından nasistlərlə əməkdaşlıqda ittiham etdiyi bəhanəsi ilə Krım tatarlarını bu qanlı olaya imza atmışdı. Sürgündə ölən Krım tatarlarının sayı 110 minə çatıb.

7. 18 May 1974-cü ildə Hindistan Tar səhrasında ilk nüvə silahı sınağını uğurla həyata keçirib. Hindistan "Gülümsəyən Budda" adı verilə bu layihə ilə nüvə silahı olan 6-cı ölkə olub.

8. 18 may 1992-ci ildə Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Laçının işğalı ilə Ermənistan Dağlıq Qarabağdakı separatçılarla birbaşa əlaqəni təmin edib. Hazırda 60 mindən çox laçınlı Azərbaycanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq məcburi köçkünlük həyatı yaşayır. Əhəmiyyətli geostrateji mövqeyə, zəngin iqtisadi potensiala malik Laçının müdafiəsi zamanı 267 nəfər şəhid olub, yüzlərlə insan yaralanıb, 871 uşaq yetim qalıb. 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyası hesabına Laçın rayonu döyüşsüz və qan tökmədən dekabrın 1-də geri alınıb.  

9. 1990-cı ildə Fransada modernləşdirilmiş TGV qatarının saatda 515,3 kilometr sürətlə hərəkət etməsi ilə yeni dünya rekordu müəyyənləşib.

10. 18 may 1992-ci ildə Azərbaycanla Moldova arasında diplomatik əlaqələr qurulub.

11. 2015-ci ilin bu günündə Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Forumda 100-dən çox ölkənin nümayəndəsi, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, UNESCO-nun, ISESCO-nun baş direktorları, İslam Əməkdaşlıq Təşkilatının baş katibi və digər nüfuzlu beynəlxalq qurumların nümayəndələri iştirak ediblər. 

18 mayda bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 18 may 1927-ci ildə görkəmli cərrah-uroloq, akademik Mirməmməd Cavadzadə anadan olub (1927-2008). 

2. 18 may 1920-ci ildə Vatikan dövlətinin sabiq rəhbəri və 264-cü Roma Papası II İohann Pavel anadan olub (1920-2005).

3. 18 may 1936-cı ildə görkəmli qazax şairi, yazıçı, alim, dövlət xadimi, ictimai xadim Oljas Süleymenov anadan olub. 

4. Azərbaycan sevilən aktrisası Ofeliya Aslan 2010-cu ilin bu günündə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO