Britaniya “Vaqner”i terror təşkilatı kimi TANIYACAQ

Britaniya “Vaqner”i terror təşkilatı kimi TANIYACAQ

Hazırda oxunan: Britaniya “Vaqner”i terror təşkilatı kimi TANIYACAQ

135161

Britaniya hökuməti yaxın həftələrdə "Vaqner" özəl hərbi şirkətini terror təşkilatı kimi tanımağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya hakimiyyəti iki aydır Rusiyaya təzyiq göstərmək məqsədilə “Vaqner”i terror təşkilatları siyahısına salmaq üçün hüquqi əsaslar hazırlayır. “Vaqner”ə müvafiq statusun verilməsi Böyük Britaniyada təşkilata mənsub olmağı, onun təşkil etdiyi tədbirlərdə iştirakı, ona dəstəyi ifadə etməyi və ya onun simvollarını taxmağı cinayət sayır.

Bundan əlavə, silahlı qrupa qarşı maliyyə sanksiyaları tətbiq oluna bilər. Təşkilat üzvlərinə Britaniya məhkəmələrində jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı iddialar irəli sürmək qadağan edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO