İstanbula uçan təyyarədə körpə dünyaya GƏLDİ  

İstanbula uçan təyyarədə körpə dünyaya GƏLDİ  

Hazırda oxunan: İstanbula uçan təyyarədə körpə dünyaya GƏLDİ  
133041
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özbəkistan Hava Yollarının Daşkənd-İstanbul səfərini həyata keçirən təyyarəsində körpə dünyaya gəlib. 

Bizim.Media “milliyet.com.tr”ə istinadən xəbər verir ki, təyyarə Türkiyə hava məkanına daxil olduqdan sonra Abdumanapova Sitora adlı 27 yaşlı Qırğızıstan vətəndaşının doğuş sancıları artıb. 

Daha sonra təyyarənin kapitanı göyərtədə həkim olub-olmaması ilə bağlı elan verib. Qadın təyyarədə uyğun əraziyə aparılıb və doğuşa hazırlıq başlayıb. Heyətin köməkliyi ilə 28 həftəlik oğlan uşağı dünyaya gəlib. 

Bundan sonra təyyarənin kapitan pilotu İstanbul Hava Limanı Hava Hərəkəti İdarəetmə Qülləsi ilə əlaqə saxlayıb və təyyarədə doğuşun baş tutduğunu, həkim qruplarının hazır vəziyyətdə saxlanmasını istəyib. 

İstanbul aeroportuna enişdən sonra körpə və ana təcili yardımla xəstəxanaya aparılıb. Məlumata görə, vəziyyətləri yaxşıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO