Misir hava yollarına aid təyyarəni qaçıran silahlı şəxs artıq ilk tələbini irəli sürüb.
Moderator.az xəbər verir ki, bu barədə Sky telekanalı məlumat yayıb. Kipr hökuməti ilə danışıqlardan sonra həmin şəxs bu ölkədə siyasi sığınacaq almaq istədiyini ifadə edib.
Digər bir məlumata görə isə, İbrahim Samah təyyarəni Türkiyədə endirmək istəyib, lakin yanacaq bitdiyi üçün Kiprdə eniş etməli olublar.
Artıq sosial şəbəkələrdə Liviyadan olan qaçqın İbrahim Samahın ilk fotosu yayılıb. İlkin məlumata görə, onun fotosunu girovlardan biri telefonla çəkib.







































































































