Solovyov:

Solovyov: "Estoniya tezliklə Rusiyaya hücum edəcək" - VİDEO

Hazırda oxunan: Solovyov: "Estoniya tezliklə Rusiyaya hücum edəcək" - VİDEO

116618

"Qərb ölkələri Estoniyanı Sankt-Peterburqu hədəf ala biləcək ən müasir adi silah növləri ilə təchiz etməyi planlaşdırır". 

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Tallinndəki səfiri Vladimir Lipayev Vlodimir Solovyovun "Соловьев Live" telekanalının efirində deyib.

"Anqlo-sakslar Rusiya Federasiyasına təzyiq göstərmək üçün burada anti-Rusiya forpostu yaratmaqda maraqlı idilər. Söhbət təkcə iqtisadi, siyasi, mədəni deyil, həm də hərbi təzyiqdən gedir. Estoniya aktiv şəkildə silahlandırılır. Ancaq səbəbi bəlli deyil. Burada adi silah növləri, orta mənzilli raket əleyhinə müdafiə sistemi yerləşdirilir. İstər-istəməz özünüzdən soruşursunuz: Estoniya kiminlə döyüşməyi planlaşdırır?" - deyə səfir qeyd edib.

Solovyov isə buna cavab olaraq "Estoniya tezliklə Rusiyaya hücum edəcək" deyib.

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO