“Avatar: Suyun yolu” filmi nə qədər gəlir əldə edib? - Fantastik məbləğ

“Avatar: Suyun yolu” filmi nə qədər gəlir əldə edib? - Fantastik məbləğ

Hazırda oxunan: “Avatar: Suyun yolu” filmi nə qədər gəlir əldə edib? - Fantastik məbləğ
111624
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ceyms Kemeronun “Avatar: Suyun yolu” filmi dünya üzrə 855 milyon dollar əldə edib.

Bizim.Media xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, bu məbləğdən ABŞ-ın payına 254 milyon dollar düşür. Analitiklərin fikrincə, havaların soyuması və qış fırtınaları Amerika kinoteatrlarında bilet satışının azalmasına gətirib çıxarıb. Daha əvvəl “Disney” kinoprokatının şöbə rəhbəri Toni Çembers qeyd etmişdi ki, tamaşaçılar koronavirus pandemiyası səbəbindən kinoteatrlara getməyə ehtiyat edirlər.
Kemeronun sözlərinə görə, hazırda satışdan əldə edilən vəsait filmi gəlirli hesab etmək üçün lazım olan məbləğin yarısından azdır.

2009-cu ildə nümayiş olunmuş ilk “Avatar” filmi dünya üzrə 2,9 milyard dollar gəlir gətirib və tarixdə ən uğurlu film titulunu saxlamaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO