Türk Dövlətləri Təşkilatı Türkmənistandakı Zirvə Görüşü ilə bağlı bəyanat yaydı 

Türk Dövlətləri Təşkilatı Türkmənistandakı Zirvə Görüşü ilə bağlı bəyanat yaydı 

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatı Türkmənistandakı Zirvə Görüşü ilə bağlı bəyanat yaydı 
109650
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşünün nəticələrindən böyük məmnunluğumuzu bildirmək istərdim. Bu Zirvə görüşü üç qardaş xalqın bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi və Türk Dünyasının daha parlaq gələcəyə sahib olması üçün səylərə dəstək vermək üçün çox mühüm fürsətdir”. 

Bizim.Media xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Üçtərəfli Zirvə Görüşünün yekunlarına dair bəyanatında bildirib. 

“Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanmış müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcəkdir”. 
O qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlər arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək və bütün Türk Dünyasının birləşməsi və inteqrasiyası prosesində irəliyə doğru çox mühüm addım olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO