Bu da Argentinanın yeni prezidenti

Bu da Argentinanın yeni prezidenti

Hazırda oxunan: Bu da Argentinanın yeni prezidenti

107538
Argentinada keçirilən prezident seçkilərində “Respublika təklifi”x9d partiyasının nümayəndəsi Maurisio Makri qalib gəlib.

Moderator.az azərtac-a istinadən xəbər verir ki, bülletenlərin 98 faizinin hesablanmasından sonra hakim partiyanın nümayəndəsi Daniel Sioli 48,56, Maurisio Makri isə 51,44 faiz səs toplayıb.

Sioli artıq rəqibini təbrik edib və prezident postunda ona uğurlar arzulayıb. Bundan əlavə, yeni prezidenti hazırkı dövlət başçısı Kristina Fernandes de Kirşner, həmçinin Meksika və Paraqvay prezidentləri də təbrik ediblər.

Argentinada ilk dəfədir ki, prezident seçkilərinin nəticələri ikinci turda müəyyən olunur. Seçkilərin oktyabrın 25-də keçirilən birinci turunda Daniel Sioli 37,08, Maurisio Makri isə 34,12 faiz səs toplamışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO