İtaliyada torpaq sürüşməsi baş verib – 13 nəfər itkin düşüb

İtaliyada torpaq sürüşməsi baş verib – 13 nəfər itkin düşüb

Hazırda oxunan: İtaliyada torpaq sürüşməsi baş verib – 13 nəfər itkin düşüb

106476

İtaliyada torpaq sürüşməsi 13 nəfərin itkin düşməsinə səbəb olub.

Bizim.Media xəbər verir ki, hadisə İskiya adasında qeydə alınıb. Belə ki, aramsız yağıntılar nəticəsində torpaq sürüşməsi baş verib.

Sürüşmə hadisəsi səhər saatlarında müşahidə olunub, nəticə itkin düşmüş 13 nəfərdən hələ də xəbər yoxdur.

İtkinlər arasında bir ailə, o cümlədən yeni doğulan körpə də var.

Qeyd edək ki, İtaliyanın mərkəzi və cənub bölgələrində şiddətli yağıntılarla əlaqədar "narıncı" təhlükə səviyyəsi elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO