Cəlilabaddakı ağır qəzada ölən və yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB

Cəlilabaddakı ağır qəzada ölən və yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB

Hazırda oxunan: Cəlilabaddakı ağır qəzada ölən və yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB

99942

Cəlilabadda yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.  

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, Salayev Murad Fazil oğlu hadisə yerində ölüb.

Yaralılar isə Salayev Rəhman Şamil oğlu Cəlilabad rayon Mərkəzi Xəstəxanasına, Əzimov Cavidan Həbib oğlu və Salahzadə Həsən Yalçın oğlu isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb.

16.24***

Cəlilabad rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası olub.

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, qəza rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, "VAZ 2107" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, üç nəfər isə yaralanıb. Yaralılardan biri Cəlilabad rayon xəstəxanasına, ikisi isə Biləsuvar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO