Bakı-Şamaxı yolunda daha bir yerüstü piyada keçidi istifadəyə verildi – FOTO-VİDEO

Bakı-Şamaxı yolunda daha bir yerüstü piyada keçidi istifadəyə verildi – FOTO-VİDEO

Hazırda oxunan: Bakı-Şamaxı yolunda daha bir yerüstü piyada keçidi istifadəyə verildi – FOTO-VİDEO
99074
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18,5-ci kilometrində inşa olunan yerüstü piyada keçidini istismara verib.

Bizim.Media xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilir ki, piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki ədəd avtobus dayanacağı, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağı tikilib.
İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 40,4 metr, aşırım hissəsinin uzunluğu 33 metr, eni 3,5 metr, pilləkənlərin eni 3 metr yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edir.

Keçiddə lift sistemləri və videomüşahidə qurğuları quraşdırılıb.

Qeyd edək ki, bir müddət öncə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14,9-cu kilometrində daha bir yerüstü piyada keçidi inşa olunub.
Hazırda sözügedən magistral yolun 20,2 və 25-ci kilometrlik hissələrində də yüngül konstruksiyalı keçidlər inşa edilir. Tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.

Eyni zamanda 21,4-cü kilometrlik hissədə yeni keçidin tikintisi üçün sənədləşmə işləri aparılır. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidləri inşa olunacaq.

Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO