Azərbaycana Pfizer/BioNTech peyvəndi də gətiriləcək - ÜST nümayəndəsi

Azərbaycana Pfizer/BioNTech peyvəndi də gətiriləcək - ÜST nümayəndəsi

Hazırda oxunan: Azərbaycana Pfizer/BioNTech peyvəndi də gətiriləcək - ÜST nümayəndəsi
9864
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkil etdiyi COVAX platformasına  üzv olub və COVAX-dan Azərbaycana peyvəndlər gətiriləcək”.

Bizim.Media xəbər verir ki, bunu  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndiliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, fərqli peyvəndlərin də gətirilməsi müzakirə mövzusudur:

“Müəyyən miqdar Pfizer/BioNTech peyvəndi də gətiriləcək. Hazırda isə Azərbaycanda Sinovac peyvəndi tətbiq olunur. Azərbaycan da digər ölkələr kimi mümkün olduğu qədər çox peyvəndi qısa vaxtda ölkəyə gətirib tətbiq etmək istəyir. Bunun üçün işlər davam edir”.

H. Harmancı qeyd edib ki, indiyə qədər ölkələrdə aparılan araşdırmalar zamanı peyvəndlə bağlı hər hansı ciddi yan təsir aşkarlanmayıb:

“Amma yenə də izləmək, diqqət etmək lazımdır. Çünki klinik sınaqlar daha az sayda insan üzərində həyata keçirilir. Üçüncü faza sınaqlar 10 minlərlə insan üzərində yoxlanılır".

"10 milyonlarla insan üzərində sınaqlar aparıldığı zaman daha fərqli nəticələr ortaya çıxa biləcəyi üçün daha diqqətlə izləmək lazımdır. İndiyə qədər hər hansı təhlükəli, ciddi, ağır yan təsirə rast gəlinməyib”. (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO