Bakıda qəza: Xəsarət alanlar var - FOTO

Bakıda qəza: Xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Bakıda qəza: Xəsarət alanlar var - FOTO

97022

Bakının Sabunçu rayonunda iki avtomobil toqquşub.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

"Toyota" markalı avtomobili idarə edən sürücü şəhər istiqamətində hərəkətdə olan zaman qəflətən sükana nəzarəti itirib.

Bu zaman avtomobil qarşıda gedən "Chevrolet" markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində "Chevrolet"də olan 2 nəfər xəsarət alıb.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Yaralılara əraziyə gələn təcili yardım briqadası tərəfindən tibbi yardım göstərilib. Avtomobillər hadisə yerindən evakuasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO