Göyçay rayonunda otbiçən maşının mühərriki partlayıb.
Bizim.Media xəbər verir ki, hadisə sentyabrın 27-də rayonun İnçə kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Cavid Məcidov otbiçən maşının mühərrikini işə salmağa çalışıb. Bu zaman mühərrik partlayıb və yanğın başlayıb. Yaxınlıqda olan C.Məcidovun atası, 1966-cı il təvəllüdlü Sərvər Məcidov yanğını söndürməyə cəhd edib.
Nəticədə hər iki şəxs ağır xəsarət alıb. Daha sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Lakin Cavid Məcidov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Report.az)
Bizim.Media
![Göyçayda FACİƏ – Otbiçən maşın partlayıb, ölən var Göyçayda FACİƏ – Otbiçən maşın partlayıb, ölən var](https://bizim.media/file/articles/2022/09/28/1664368746_c87acc28-d95d-31e1-8781-e29a7bf3c8a2_850.jpg)
- A-
- A
- A+
Cəmiyyət
16:37 / 28.09.2022
Göyçayda FACİƏ – Otbiçən maşın partlayıb, ölən var
Hazırda oxunan: Göyçayda FACİƏ – Otbiçən maşın partlayıb, ölən var
Hazırda oxunan: Göyçayda FACİƏ – Otbiçən maşın partlayıb, ölən var
96304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.