Zaqatalada avtomobil aşdı - Xəsarət alan var - FOTO

Zaqatalada avtomobil aşdı - Xəsarət alan var - FOTO

Hazırda oxunan: Zaqatalada avtomobil aşdı - Xəsarət alan var - FOTO

94996

Zaqatalada yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb. 

Rayon sakini, 1983-cü il təvəllüdlü Mustafa Yusif oğlu Süleymanovun idarə etdiyi “Opel Zafira” markalı, 62 BL 339 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib, daha sonra bağa aşıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Mustafa Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Apa.az-ın məlumatına görə, faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO