İki aydan sonra ata olacaq qusarlı ŞƏHİD  

İki aydan sonra ata olacaq qusarlı ŞƏHİD  

Hazırda oxunan: İki aydan sonra ata olacaq qusarlı ŞƏHİD  

93986

Ermənistanın təxribatları nəticəsində şəhid olan hərbçilərimizdən biri də Qusarın Mucuq kəndindən olan, 23 yaşlı Heydərov Şair Camaloviçdir.  

Onun sərhəddə gedən ağır döyüşlərdə şəhid olmasını Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsi Bizim.Media-ya təsdiqləyib. 

Qusar İH başçısının Mucuq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Məhəmməd Novruzov dəfn üçün hazırlıq işlərinə başlanıldığını deyib.  

Bildirib ki, şəhidin nəşi bu gün axşam saatlarında rayona gətiriləcək. Şair Heydərov doğulduğu Mucuq kəndində dəfn ediləcək.  

İcra nümayəndəsi şəhidlə bağlı ilginc faktları açıqlayıb. Onun sözlərinə görə, şəhid Şair Heydərov bir ildir evlənibmiş, həyat yoldaşı 7 aylıq hamilədir. Şəhidin anası Yeganə Heydərova onkoloji xəstədir. Şair iki bacının tək qardaşı idi. Onun özündən böyük 2 bacısı isə evlidir.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO