Sabirabadda piyadanı vurub qaçan şəxs tutuldu

Sabirabadda piyadanı vurub qaçan şəxs tutuldu

Hazırda oxunan: Sabirabadda piyadanı vurub qaçan şəxs tutuldu

9187

Sabirabad şəhərində piyadanı vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Sabirabad şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Y.Ataşov vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Y.Ataşovun vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Suqovuşan kənd sakini H.Məmmədov müəyyən edilərək saxlanılıb.

Hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO