Bərdədə növbəti dəfə \

Bərdədə növbəti dəfə \"Açıq mikrofon\" quruldu

Hazırda oxunan: Bərdədə növbəti dəfə \"Açıq mikrofon\" quruldu

87976

"Qarşıdan payız-qış mövsümü gəlir. Hava soyuduqca mavi yanacağa tələbat artır. Yaşadığımız yeni yaşayış massivində təbii qaz olmaması səbəbindən odun almaq məcburiyyətində qalırıq. Bu da əlavə xərcdir. Massiv sakinlərinin adından sizdən xahiş edirəm ki, yaşadığımız ərazinin qazlaşdırılmasında bizə köməklik edin".

Bizim.Media xəbər verir ki, bu sözləri Bərdə rayon sakini Aynurə Səfixanova növbəti dəfə Bərdə rayonunda keçirilən "Açıq mikrofon" aksiyası zamanı bildirib.

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Əsaslı təmir şöbəsinin rəis müavini Məsləhət Yunusov ünvanlanan sualla bağlı qazlaşdırılma prosesinin mərhələli şəkildə icra olunduğunu bildirib.

Aksiyada bundan əlavə işə qəbul, sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının, əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsi və fərdi qazlaşma ilə bağlı müraciətlər də daxil olub.

"Açıq mikrofon"un imkanlarından vətəndaşlarla yanaşı, sahibkarlar da yararlanıblar. Onlar da üzləşdikləri çətinliklərdən söz açıblar. "Azəriqaz" İB-nin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov sahibkarlara lazımi izahat verərək, hər bir müraciətin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO