"Bu gün ölkədə aktiv xəstə sayı azalır. Bu günə qədər ölkədə rəsmi qeydiyyata düşənlərin sayı 226 549 nəfər olub".
Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Onun sözlərinə görə 14-20 dekabrda 26 214 nəfər virusa yoluxub:
“Ötən həftə ərzində isə 4386 yeni yoluxma olub. Yeni yoluxmada 3-4 dəfə fərq var. Yoluxma əmsalı dekabrda 31 faiz idisə, indi bu rəqəm 5 %-ə qədər azalıb. Bu çox vacib göstəricidir”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:24 / 16.01.2021
“Yoluxmada 3-4 dəfə fərq var” - Yaqut Qarayeva
Hazırda oxunan: “Yoluxmada 3-4 dəfə fərq var” - Yaqut Qarayeva
Hazırda oxunan: “Yoluxmada 3-4 dəfə fərq var” - Yaqut Qarayeva
8676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.