\

\"Vətən müharibəsində jurnalistlərimiz peşə borclarını ləyaqətlə yerinə yetirdilər\" - Əhməd İsmayılov 

Hazırda oxunan: \"Vətən müharibəsində jurnalistlərimiz peşə borclarını ləyaqətlə yerinə yetirdilər\" - Əhməd İsmayılov 

84880

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəyə imza atması ölkəmizdə bütün sahələrdə olduğu kimi medianın da fəaliyyətində böyük ruh yüksəkliyi yaratmışdır.

Bizim.Media xəbər verir ki, bunu Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Şuşada Beynəlxalq Media Forumunun açılışında çıxışı zamanı deyib.

Trend.az-ın məlumatına görə, o bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyətlərindən ruhlanan jurnalistlərimiz də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada Beynəlxalq Media Forum keçirilir - FOTO


Vətən müharibəsindən az sonra Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur.

"Fərmandan irəli gələrək tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verir.

Cənab Prezident tərəfindən cari ilin fevralında imzalanmış və Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən “Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətninin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO