“Xəzər Dəniz Gəmiçiliyi”nin konteynerində YANĞIN

“Xəzər Dəniz Gəmiçiliyi”nin konteynerində YANĞIN

Hazırda oxunan: “Xəzər Dəniz Gəmiçiliyi”nin konteynerində YANĞIN

83835

Bakı şəhərinin Xətai rayonunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin ərazisində ümumi sahəsi 12 m² olan istifadəyə yararsız konteyner, içərisində olan əşyalar, 2 p.m elektrik kabeli və ətrafda 30 m² sahədə məişət tullantıları yanıb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Yaxınlıqdakı digər konteynerlər yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO