Şabranın Ağalıq kəndində meşə massivində davam edən yanğın tam söndürülüb və tam nəzarət altına alınıb.
Bunu ərazidə olan Şabran İH başçısının müavini İlkin Ağayev Bizim.Media-ya bildirib.
O qeyd edib ki, təhlükəsizlik qaydalarına tam əməl edilməsi üçün ərazidə FHN-nin 3 yanğınsındürən avtomobili növbə çəkir.
MÖVZU İLƏ BAĞLI:
Yanğına görə kəndlərdə elektrik enerjisi ilə bağlı problem yoxdur - FHN
Alovun neçə hektar sahəni əhatə etdiyi dəqiqləşdirilir.
Yanğın təxminən 10 saat davam edib.
Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin, Şabran İH-nin və diğər yerli qurumların əməkdaşlarının birgə səyi nəticəsində alovu tam söndürmək mümkün olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu