Satışa çıxarılmış mənzillərin 60%-dən çoxu qeyri-qanuni yolla seçilib - MİDA 

Satışa çıxarılmış mənzillərin 60%-dən çoxu qeyri-qanuni yolla seçilib - MİDA 

Hazırda oxunan: Satışa çıxarılmış mənzillərin 60%-dən çoxu qeyri-qanuni yolla seçilib - MİDA 
82967
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Güzəştli mənzil sisteminin tətbiqinin əsas məqsədi güzəştlə mənzil əldə etmək istəyən şəxslər üçün bərabər şəraitin yaradılmasıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı bütün mənzillərin satışının ləğv edilməsi ilə bağlı suala cavabında deyib. 

O bildirib ki, bir sıra şəxslər isə onlara müraciət etmiş şəxslərin seçimlərini daha tez etmək üçün xüsusi proqram təminatları hazırlayıblar:
 

MÖVZU İLƏ BAĞLI:

Güzəştli mənzillərin seçiminə müdaxilə üçün xüsusi proqram hazırlanıb - MİDA


“Onlar artıq digər vətəndaşların mənzil seçmək hüququnu məhdudlaşdırıblar. Ona görə də ümumilikdə onlar dövlət qurumlarının da fəaliyyətinə maneçilik törədiblər. Apa.az-ın məlumatına görə, xüsusi proqram vasitəsilə müdaxilə nəticəsində bu sistemdən istifadə etmək istəyən digər vətəndaşların da hüquqlarını məhdudlaşdırıb. Satışa çıxarılmış mənzillərin 60%-dən çoxu müdaxilə nəticəsində qeyri-qanuni yolla seçilib. Ona görə də bərabərlik pozulduğu üçün bütün seçimlər ləğv edilib”. 

Aparat rəhbəri martın 30-da MİDA tərəfindən verilən açıqlamada sistemdə donma hallarının vurğulandığını qeyd edib: “Daha sonra isə biz sosial şəbəkələrdə yazılanlar və seçimlərin təhlili nəticəsində müdaxilə hallarının olduğunu müəyyən etdik. Bundan sonra araşdırma aparılması ilə bağlı açıqlama yaydıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO