Deputat qəzəbləndi:  `Azadlıq` radiosunu yerində oturdacam

Deputat qəzəbləndi: `Azadlıq` radiosunu yerində oturdacam

Hazırda oxunan: Deputat qəzəbləndi: `Azadlıq` radiosunu yerində oturdacam

82907

`Mənə qarşı təhqirlər davam etsə, məsələ məhkəməyə qədər gedib çıxacaq`

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Azadlıq”x9d radiosunun Azərbaycan xidmətinin saytında onunla bağlı yerləşdirən karikaturaya reaksiya verib.xa0

Millət vəkili AzVision.az-a açıqlamasında bildirib ki, “Azadlıq”x9d radiosunun ona qarşı etdiyi təhqiramiz hərəkət cavabsız qalmayacaq.xa0

F.Ağamalı əlavə edib ki, artıq bu radionun ona qarşı həddini aşan və təhqir xarakterli davranışlarına təmkin və səbr nümayiş etdirmək niyyətində deyil: “”x9dAzadlıq”x9d radiosu arxayın olmasın ki, yaramaz hərəkətləri cavabsız qalacaq. Hansısa bir formada, onlara cavab verəcəyəm. Mənə qarşı təhqirlər davam etsə, məsələ məhkəməyə qədər gedib çıxacaq.xa0

Karikatura ilə bərabər haqqımda forumun açılması isə radionun əlaltılarına mənə qarşı təhqiramiz fikirlər yazmağa imkan verir. Belə davam etsə, konkret addımlarım gecikməyəcək. Bu karikaturanı yerləşdirənləri mütləq yerində oturdacam”x9d,- F. Ağamalı vurğulayıb.xa0

Deputat “Azadlıq”x9d radiosunun Azərbaycan xidməti ilə əməkdaşlığını dayandırmasına yenidən aydınlıq gətirib: “Bu qurum anti-Azərbaycan qüvvələri içərisində yer aldığına görə, onlarla əməkdaşlığı dayandırmışam. Bu məmim hüququmdur. Bunlar mənim hüququmu bu dərəcədə aqressiv qarşılayırlarsa, deməli onların söz azadlığı, insan hüquqları ilə hər hansı bir bağlılığı yoxdur. Onlar öz məqsədlərinə xidmət etməyənləri arzuolunmaz şəxs hesab edirlər. Necə ki, diktatura rejimlərində elə olur”x9d.

Xatırladaq ki, bu gün “Azadlıq”x9d radiosunun Azərbaycan xidməti saytında deputat Fəzail Ağamalının “Azadlıq Radiosu üçün böyük itki”x9d sərlövhəli karikaturasını yayıb və forum açıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO