Bakının bu rayonunda qaz kəsiləcək

Bakının bu rayonunda qaz kəsiləcək

Hazırda oxunan: Bakının bu rayonunda qaz kəsiləcək

82230

Sabah Bakının Qaradağ rayonunun bir hissəsinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 6-7-ci km-lər və 9-10-cu km-lər arası hissələrinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar, iyulun 5-i saat 08:00-dan işlər başa çatana qədər “Səngəçal”, “Sement zavod” Qaz Paylayıcı Stansiyalarından (QPS) və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO