Tibb müəssisələrində yoxlamalar başladı

Tibb müəssisələrində yoxlamalar başladı

Hazırda oxunan: Tibb müəssisələrində yoxlamalar başladı

81865

Ölçmə vəhdətinin təmin olunması sahəsində qanunvericiliyin icrasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində dövlət metroloji nəzarətinin aparılmasına başlanılıb. 

Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, aparılan nəzarət tədbirləri çərçivəsində tibb müəssisələrində ölçmələrə dair məcburi tələblərə riayət edilməsi yoxlanılacaq. 

Bununla yanaşı, istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirilməsi, ölçmə nəticələrinin təhrif olunmasına səbəb ola biləcək icazəsiz sazlanmaların mövcudluğu və ölçmə vasitələrinə müdaxilə edilməsinə dair vəziyyəti araşdırılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO