Qəzalara səbəb olan YOL NİŞANINI kim GİZLƏDİB? - VİDEO

Hazırda oxunan: Qəzalara səbəb olan YOL NİŞANINI kim GİZLƏDİB? - VİDEO

81815

Bakıda bəzi yol nişanları sürücüləri çaş-baş salır. Narazılığa yol açan əsas məqam isə ya yol nişanlarının gözəgörünməz yerlərdə quraşdırılması, ya da bəzi hallarda onların qarşısında olan maneələrdir. 

Bizim.Media belə bir fakta Nəsimi rayonunun Füzuli küçəsində rast gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

BNA-dan yol nişanları ilə bağlı AÇIQLAMA


“28 Mall” ticarət mərkəzinin yaxınlığı hesab olunan həmin küçədə piyada yol nişanı sürücülər tərəfindən görülmür.

Buna səbəb nişanın yarpaqların arasında gizlənərək görünməz olaraq qalmasıdır. Bu vəziyyət yolda hərəkət edən sürücülərə ciddi maneə törədir, hətta qəzalara səbəb yaratmış olur. Ağac böyüyüncə, qol-budaq atınca, həmin nişan daha da görünməz hala gəlir.

Sürücülərin bildirdiyinə görə yalnız diqqətlə baxanda həmin nişanı görmək mümkündür. Həmin yoldan mütəmadi istifadə edən sürücülər də az-çox orada yol nişanı olduğunu bilirlər. Amma sözügedən yoldan istifadə etməyənlər və ya ilk dəfə o ərazidə hərəkət edən sürücülər ağacın arasında gizlənmiş yol nişanına diqqət edə bilmirlər.

Hansı ki, xüsusi yol nişanı piyadaların keçməsi üçün quraşdırılıb. Qaynar məkan sayılan həmin küçə isə piyadaların kütləviliyi ilə seçilir. 

Qeyd edək ki, yollarda nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək üçün həm hərəkət zolaqları, həm də yol nişanları aydın görünməli və oxunmalıdır. Ümid edirik aidiyyəti qurumlar bu problemi nəzərə alacaq.

Alçina Amilqızı, Rəşad Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO