Azərbaycan 1713 Ermənistan hərbçisinin qalıqlarını qaytarıb

Azərbaycan 1713 Ermənistan hərbçisinin qalıqlarını qaytarıb

Hazırda oxunan: Azərbaycan 1713 Ermənistan hərbçisinin qalıqlarını qaytarıb
79772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan Respublikası əldə olunmuş tarixi Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda tapılmış 1 713 Ermənistan hərbi qulluqçusunun qalıqlarını və müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə qaytarıb".

Bizim.Media xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (DTX), Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

DTX rəisi: "İraq və Suriyadan 366 nəfər repatriasiya edilib"


Son illərdə Dövlət Komissiyası tərəfindən görülən işlər barədə danışan sədr Əli Nağıyev Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər Azərbaycan vətəndaşı barədə məlumatların Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının ziddinə olaraq bu günə kimi təqdim olunmadığını, onların sırasından yalnız 100-dən artıq itkin düşmüş şəxsə aid olması ehtimal olunan meyit qalıqlarının təhvil verildiyini və hazırda eyniləşdirmə prosesinin aparıldığını vurğulayıb.

Eyni zamanda bildirilib ki, Vətən müharibəsi başa çatdıqdan sonra 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılıblar. 6 hərbçimizin isə taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO