DİN-dən Ağstafada baş verən insidentlə bağlı AÇIQLAMA

DİN-dən Ağstafada baş verən insidentlə bağlı AÇIQLAMA

Hazırda oxunan: DİN-dən Ağstafada baş verən insidentlə bağlı AÇIQLAMA
79493
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyi Ağstafada baş verən insident barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya bildirib ki, iyun ayının 7-də Ağstafa rayon Poylu qəsəbə sakini Nazilə Hüseynova və Günay Hüseynova DİN-in "102 Zəng Mərkəzi "Xidmətinə müraciət edərək qonşuları tərəfindən döyülməsi barədə müraciət edib. 

Eyni zamanda müraciət edən şəxslərin qonşuları Mehman Məmmədov, Solmaz Məmmədova və Aysel Məmmədova da polisə müraciət edərək qonşuları tərəfindən döyülmələri və təhqir olunmaları barədə məlumat verib.

Hər iki faktla bağlı polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. 

İlkin məlumata görə hadisəyə səbəb N. Hüseynovanın evində yüksək səslə musiqiyə qulaq asması səbəb olub. Hazırda araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO